17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
67 SAAT DAĞINTILAR ALTINDA QALDI
Çinin Şencen şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində dağıntılar altında qalan 76 nəfərdən biri sağ xilas edilib.
"EMTV.az" xəbər verir ki,Xilasedicilər fabrik binasının dağıntıları altında sağ insan olması ehtimalı əsasında axtarışa başlayıb, 19 yaşlı ofis işçisi Tian Cemini xilas ediblər. Onun yanından isə daha bir nəfərin cəsədi tapılıb.
Dağıntı altında topuğu əzilən Tian Cemin xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirirlər.
Xatırladaq ki, dekabrın 20-də baş vermiş torpaq sürüşməsi nəticəsində Şencen şəhərinin nisbətən yüksək olan hissəsində yerləşən sənaye parkının ərazisində 33 bina, o cümlədən 14 fabrik, 2 ofis və 1 yeməkxana binası, 3 yataqxana, 13 kiçik ölçülü tikili uçub. Hadisə zamanı ilkin olaraq 91 nəfərin dağıntılar altında qaldığı güman olunurdu, lakin sonradan aparılmış dəqiqləşdirmələr zamanı 76 nəfərin itkin düşdüyü bildirilib. Hazırda 74 nəfərin axtarışları davam etdirilir.