17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Görkəmli kinorejissorun anadan olmasından 95 il ötür
Dekabrın 22-də görkəmli kinorejissor, Xalq Artisti Həsən Seyidbəylinin anadan olmasından 95 il ötür.
"EMTV.az" xəbər verir ki, bu münasibətlə Dövlət Film Fondunun əməkdaşları Fəxri xiyabana gələrək sənətkarın xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev çıxış edərək H.Seyidbəylinin zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycan mədəniyyətinə və kinosuna parlaq nümunələr bəxş etmiş kinorejissorun zəngin irsi gələcək nəsillər üçün örnəkdir. Daha sonra sənətkarın ekranlaşdırdığı və ona şöhrət gətirən filmlərdən bəhs olunub.
H.Seyidbəylinin ssenarisi əsasında ekranlaşdırılmış “Nəsimi”, “Sən niyə susursan?”, “Möcüzələr adası”, “Bizim Cəbiş müəllim”, “Telefonçu qız” filmləri qısa müddətdə müəllifinə böyük şöhrət qazandırıb.
Onun “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə dəfələrlə səhnəyə qoyulub. H.Seyidbəylinin çəkdiyi filmlər nüfuzlu kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.