SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

TƏHSİL SİSTEMİNDƏ ŞOK FAKTLAR

22-12-2015, 13:27 | Oxunub: 9 372 |

TƏHSİL SİSTEMİNDƏ ŞOK FAKTLAR
Büdcədən maliyyələşən təşkilatlara lazım olduğundan artıq vəsait ayrılır, nəticədə nazirlik, komitə və qurumlarda büdcə vəsaitlərinə divan tutulur.

Mətbuatın məlumatına görə, hökumətin ən çox vəsait ayırdığı Azərbaycan Təhsil Nazirliyinin Dövlət İqtisad Universiteti (ADİU) və Dillər Universitetinin (ADU) xərcləmələrini araşdırıb.

Satınalmalar üzrə Dövlət Agentliyinin keçirdiyi müsabiqə reyestrlərinə əsasən ADİU üzrə 2010-cu ildə cəmi 21,500 manatlıq tender keçirilib. O da layihə-smeta sənədlərinin hazırlanmasına. Qalan pullar müsabiqədən kənar xərclənib. Hər halda bazada həmin ilə aid başqa məlumat yoxdur.

2011-ci ildə 166,822 manat, 2012-ci ildə 136,748 manatlıq tender keçirilib. Əsasən kompüter avadanlıqları, sənədlərin cildlənməsi, poliqrafiya avadanlıqları, xalça, kitab, buklet və dəvətnamələrin hazırlanması, təmizlik, internet xidməti, idman mallarının alınmasına sərf olunub. Əsas xərcləmələr 2013-cü ildən başlayır. Bu da Mikayıl Cabbarovun nazirliyi dövrünə təsadüf edir.

Nazirlik universitetin xəttilə tenderlərdə 11,029,907 manat pul xərcləyib. Bu vəsaitdən 1,145,269 manat təmir, 2,123,003 manat inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7,745,887 manat sağlamlıq kompleksinin tikintisinə gedib.
TƏHSİL SİSTEMİNDƏ ŞOK FAKTLAR
Şəmsəddin Hacıyev 11 milyon manatı ailə şirkətinə ötürüb

Əsasən 200 min manatdan yuxarı məbləği topdan sərf ediblər, odur ki, bu civardakı xərcləri sadalayaq. Məsələn, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara 298,500 manat, universitetin əsas tədris binası və Quba rayonundakı tədris idman sağlamlıq kompleksinə inventar və avadanlıqlar 295,000 manat, yenə inventar, avadanlıq və təsərrüfat malları 290,838 manat, H.Əliyev 135 ünvanında yerləşən 2 saylı tədris korpusunun cari təmiri 288,385 manat, ADİU-nun 1 və 3 saylı tədris binalarının cari təmiri 214,200 manat, yenə inventar, maşın, avadanlıq 214,713 manat, təkrar dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar, maşın, avadanlıq 237,186 manat, 4 saylı tədris binasında təmir 498,291 manat, ayrıca inventar 288,233 manat, avadanlıqlara 278,492 manat xərclənib.

100 min manat civarında tenderləri yazmırıq. Tək onu deyək ki, dəftərxana ləvazimatları və təsərrüfat mallarına bir ildə 70,041 manat sərf olunub. 11,014,159 manatlıq işlər "Turan-2009" MMC-yə gördürülüb, yəni cüzi məbləğ istisna olmaqla, pulun hamısı adıçəkilən şirkətin sərəncamına verilib.
TƏHSİL SİSTEMİNDƏ ŞOK FAKTLAR
Milyonlarla dəyəri olan tenderləri qazanan MMC-nin web-saytı belə yoxdur. Mətbuatda bu şirkətin ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyevin ailəsinə məxsus olduğunu sübut edən sənədlər çap olunub. MMC-nin təsisçisi Ş.Hacıyevin həyat yoldaşı, direktor isə qardaşı oğludur. Ş.Hacıyev 2004-2014-cü illərdə ADİU-nun rektoru vəzifəsində işləyib. Dövlət satınalmaları haqqında qanunun 13-cü, "Dövlət satınalmalarında maraqların ziddiyyəti" maddəsinə görə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar, satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər.

Maraqlıdır ki, Hacıyev söhbəti gedən şirkətə qarşı 667475 manat məbləğdə bir vəsaitin universitetin xeyrinə ödənilməsi tələbinə dair iddia da qaldırıb. Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatına təzə inzibati binanı da bu şirkət tikib. Xatırladaq ki, Ş.Hacıyev 2010-ci ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilmişdi.

2014-cü ildə tenderdə xərclənən 1,490,906 manat bütövlükdə inventar, avadanlıq, dəftərxana, təsərrüfat malları, avtomobil alınmasına sərf olunub. Bu ilin altı ayında 795,200 manat da eyni işlərə sərf olunub. Məsələn, 73,800 manata nəqliyyat vasitəsi alınıb. Digər maşın və avadanlıqlara birdəfəyə 209,796 manat xərclənib. Yenə digər maşın və avadanlıqlar, proqram təminatı üçün əlavə lisenziyalar 160,390 manata alınıb. 107,272 manat da təkrar inventara verilib.
TƏHSİL SİSTEMİNDƏ ŞOK FAKTLAR
Dillər Universitetində təmir və inventar hər il milyonlar "aparır"

ADU-da 2010-cu il üzrə 26 tenderdə 1,057,503 manat vəsait xərclənib. Bunlar əsasən maşın, avadanlıq və inventar (430,830 manat), mətbəə xərcləri (148,836 manat), dəftərxana və təsərrüfat malları (134,077 manat), kommunal və kommunikasiya (68,710 manat), abadlaşdırma (34,796 manat), sair xərclər (37,880 manat) olub. 202,374 manat cari və əsaslı təmirə gedib. 2011-ci ildə universitet üzrə keçirilən 38 tenderdə xərclənən 1,533,556 manat vəsait yenə yuxarıda sadalanan maddələrə yönəldilib, o cümlədən 303,309 manat təmir və cari təmirə, 126,559 manat dəftərxana və təsərrüfat malları, 96,359 manat kommunal və kommunikasiya xidmətləri, 628,900 manat maşın, avadanlıq və inventar, 89,992 manat abadlaşdırma, 141,318 manat mətbəə xərcləri, 147,119 manat da idarənin digər alış və xidmətlərin satın alınmasına sərf olunub. 2012-ci il üzrə axtarışda ümumi dəyəri 672,672 manat olan 12 tender nəticəsi tapıldı. Yenə 239,706 manat təmir və cari təmirə, 238,190 manat maşın, avadanlıq, inventar, 40,056 manat dəftərxana və təsərrüfat malları, 47,341 manat kommunal, 12,984 manat mətbəə xidməti, 47,445 manat abadlıq, 46,950 manat da digər alış və xidmətlərin satın alınmasına xərclənib.

Məsələ ayrılan vəsaitlərin həcmində deyil, onların necə və hansı istiqamətə xərcləndiyindədir. Elə bil universitetin sadalananlardan başqa dərdləri yoxdur.

2013-cü ildə universitet üzrə 2,187,283 manat xərclənib. 27 tenderdən 14-nün qiyməti 100 min manatdan yuxarıdır. Vəsaitin təkcə 1,249,832 manatı təmirə gedib. 579,859 manat maşın, avadanlıq, inventar, 128,883 manat kommunal, 197,894 manat abadlıq, 30,815 manat da dəftərxana və digər xərclərə yönəldilib. Xərc maddələrini açıq şəkildə yazsaq mənzərəni daha da aydınlatmış olacağıq.

Universitetin Təbriz küçəsi 49 ünvanında yerləşən 1 nömrəli tədris korpusunun 1-ci və 2-ci mərtəbələri və 3-cü mərtəbənin bir hissəsinin cari təmir işlərinin satın alınması 111,886 manat, təkrar həmin korpusda cari təmir 105,966 manat, 2 nömrəli tədris korpusunun 1-ci və 2-ci mərtəbələrinin cari təmiri 100,113 manat, yenə həmin korpusda cari təmir 119,425 manat, hər iki korpusun damının cari təmiri 119,190 manat, plastik pəncərə bloklarının yekun cari təmiri 23,929 manat, abadlıq 49,912 manat, kommunal və kommunikasiya xidmətləri 78,901 manata başa gəlib.

R.Behbudov 60 ünvanında yerləşən əsas korpusun yekun cari təmiri 119,952 manat, təkrar cari təmir 48,994 manat, abadlıq 99,990 manat və kommunal-kommunikasiya xidmətləri 49,982 manat, həmin korpusun 1-ci mərtəbəsində cari təmir 119,590 manat, 2-ci mərtəbəsinin cari təmiri 119,744 manat, korpusun idman zalının cari təmiri 52,794 manat, abadlıq 47,992 manat olub. Əsas tədris korpusunda cari təmir 118,995 manat, təkrar cari təmir 49,816 manat, digər maşın və avadanlıqların alınması 118,570 manat, təkrar digər maşın və avadanlıqlar 119,696 manat, üçüncü dəfə bu işlərə 43,833 manat, inventar 119,790 manat, təkrar inventar 117,990 manat, üçüncü dəfə inventarın alınmasına 59,980 manat, idarənin digər xərc maddəsi üzrə mallar 17,851 manat, dəftərxana ləvazimatları və təsərrüfat malları 12,964 manat sərf olunub.
TƏHSİL SİSTEMİNDƏ ŞOK FAKTLAR
2014-cü il üzrə universitetdə 1,974,564 manat tender yolu ilə istifadə olunub. Burada da yenə təmirə 1,048,568 manat, maşın, avadanlıq, inventara 502,617 manat, kommunal-kommunikasiya 135,542 manat, abadlığa 238,468 manat, dəftərxana və təsərrüfat mallarına da 49,169 manat sərf olunub.

Xərc strukturunun açıqlaması isə belədir: Şərifzadə 4 ünvanında yerləşən tələbə yataqxanasının cari təmiri 114,970 manat, təkrar cari təmir 298,323 manat, üçüncü dəfə 52,593 manat, yataqxana üçün inventarlar 97,320 manat, universitetin Təbriz küç 49 ünvanındakı binasında abadlaşdırma 119,006 manat, təkrar abadlaşdırma 89,870 manat, akt zalının cari təmiri 112,450 manat, R.Behbudov 134 ünvanında əsas korpusun damının cari təmiri 118,970 manat, kitabxananın 2-ci mərtəbəsinin cari təmiri 119,916 manat, R.Behbudov 60 ünvanında əsas korpusun kitabxanasının cari təmiri 112,077 manat, digər maşın və avadanlıqlarının alınması 114,570 manat, inventar 48,095 manat, yenə inventar 36,650 manat, üçüncü dəfə 45,552 manat, təkrar inventar 12,360 manat, yumşaq inventar 30,440 manat, əlavə yumşaq inventar və xüsusi geyimlər 8,230 manat, digər maşın və avadanlıqlar 44,880 manat, yenə 18,581 manat, təkrar digər maşın və avadanlıqlar 45,939 manat, abadlıq 29,592 manat, kommunal və kommunikasiya xidmətləri 119,850 manat, dəftərxana və təsərrüfat xərcləri 49,169 manat, universitetin yataqxanasının bir hissəsində cari təmir 119,469 manat, kommunal və kommunikasiya işləri 15,692 manat təşkil edib.

Bu ilin hələlik 6 ayında ADU üzrə 2,028,859 manat tender yolu ilə xərclənib. 972,713 manat təmirə, 416,820 manat avadanlıq və inventar, 259,857 manat abadlıq, 234,528 manat kommunal xərclərə və s. sərf olunub. Əvvəlki 5 il ərzindəki təmir təkrar-təkrar aparılıb, eyni işlərə böyük vəsaitlər yazılıb. Məsələn, universitetə digər maşın və avadanlıqların alınması 80,860 manat, inventar 112,000 manat, R.Behbudov 134 ünvanında yerləşən binanın zirzəmisinin cari təmiri 136,350 manat, həmin tədris korpusunun 1-2-ci mərtəbələrində cari təmir 91,719 manat, korpusun 3-4-5-ci mərtəbələrində cari təmir 97,447 manat, yenə həmin ünvanda əsas binanın 5-ci mərtəbəsində cari təmir 35,405 manat,universitetin Təbriz küçəsi 49 ünvanında yerləşən bir nömrəli tədris korpusunun cari təmiri 58,350 manat, yenə həmin korpusun cari təmir işləri 57,781 manat, iki nömrəli tədris korpusunun cari təmiri 104,995 manat, təkrar iki nömrəli tədris korpusunun cari təmiri 151,166 manat, R.Behbudov 134 və Təbriz 49 ünvanlarında abadlıq 99,987 manat, hər iki ünvanda kommunal və kommunikasiya xidmətləri 99,980 manat, Təbriz küçəsi 49 ünvanında təkrar abadlıq işləri 34,920 manat, yenə Təbriz küçəsi 49 ünvanında kommunal-kommunikasiya işləri 14,598 manat, orada yeməkxananın cari təmiri 119,700 manat, həmin ünvandakı əsas tədris korpuslarında və həmçinin yeməkxanada kommunal-kommunikasiya xidmətləri 58,800 manat, R.Behbudov küç 134 ünvanında əsas korpusun yeməkxanasının cari təmiri 119,800 manat, korpusdakı yeməkxana və tələbə tədris mərkəzlərində kommunal xidmətlər 61,150 manat, digər maşın və avadanlıqlar 33,580 manat, dəftərxana və təsərrüfat malları 49,866 manat, abadlaşdırma 88,370 manat, Şərifzadə küç 4 ünvanında yerləşən tələbə yataqxanada abadlaşdırma 36,580 manat, avadanlıqlar 71,480 manat, digər maşın və avadanlıqlar 118,900 manat olub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR