17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HƏCC ZİYARƏTİ QAYDALARI DƏYİŞİLƏCƏK
Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi zəvvarların yerləşdirilməsi və həcc ziyarətinə gedən müsəlmanlara xidmət göstərən şirkətlər üçün lisenziya verilməsi qaydalarını sərtləşdirib.
Mətbuatın məlumatına görə, nazirlik bu şərtlərin pozulacağı təqdirdə həcc-operatorlarının işinin dayandırılması və maliyyə sanksiyaları da daxil olmaqla müxtəlif cəzalar tətbiq edəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi artıq Azərbaycan da daxil omaqla həcc ziyarəti təşkil edən bütün ölkələrə rəsmi şəkildə müraciət edib. Bunu QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
"Bu məsələdən xəbərdarıq. Artıq bizim də səlahiyyətli nümayəndəmiz Səudiyyə Ərəbistanına dəvət alıb. Görüş yanvar ayının əvvəllərində baş tutacaq, tarixi onlar müəyyənləşdirəcəklər. Bizdə olan məlumata görə, həcc ziyarətinin yeni qaydalarla təşkili orada qərara alınacaq. Yəni həcc ziyarətinin qiyməti, ziyarətə gələnlərin sığortası, yerləşdirilməsi - bütün bu qaydalar yenilənəcək və yekunda protokol imzalanacaq. Heç şübhəsiz, bütün dövlətlər kimi biz də bu protokolla tanış olub qərar verəcəyik".