SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ƏHMƏD DAVUDOĞLU PUTİNƏ CAVAB VERDİ

19-12-2015, 10:54 | Oxunub: 10 673 |

ƏHMƏD DAVUDOĞLU PUTİNƏ CAVAB VERDİ
"Bir ay öncə Putin belə bir açıqlama verə bilərdimi? Bir ay öncə qəbuledilməz olan məsələlər indi söylənilərsə, onlar ciddi qəbul edilə bilməz. Ona görə də Putinin dediklərini ciddi qəbul etmirik. Bu, bir uşaq davranışıdır. Əvvəllər belə işləri ölkəmizdə hərbi çevrilişi edənlər görərdi, indi də Putin bu işlə məşğuldur”.

Türkiyə mediası xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Avropa İttifaqına üzv 10 dövlətin başçısı ilə görüşdən qayıdarkən, yolüstü jurnalistlərə Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransında dediklərinə cavabında bildirib.

"Putin Türkiyənin içində müxalifət yaradacağını indi kəşf edib. O, birdən-birə Türkiyənin müsəlman dövləti olduğunu, Türkiyədə islamlaşmanı, ABŞ-la yaxın əməkdaşlığımızın olduğunu indi xatrıladı?”, - Əhməd Davudoğlu vurğulayıb.

Türkiyənın üzləşdiyi qaçqın problemindən danışan Əhməd Davudoğlu deyib: "Rusiya Suriyanın Rakka şəhərini, terrorçu İŞİD-in mövqeylərini bombalasa, Türkiyəyə heç bir qaçqın gəlməz. Ancaq indiki kimi Rusiya Əzizi (Rusiya bu şəhərdə humanitar yardım aparan maşın karvanını havadan bombalamışdı – redaksiya), Hələbi bombalayarsa, o zaman olduğu kimi Türkiyəyə qaçqın axını da çoxalar. Rusiyanın bu məsələdə xoş niyyətli olduğunu düşünmürəm”.

Baş nazir İraqdakı Türkiyə hərbçiləri ilə bağlı ABŞ prezidentinin müavini Co Baydenlə danışdığını da söyləyib: "O, mənə "İraqdan əsgərlərinizi çıxarın” deməyib. Onunla iki dəfə telefonla danışdım, o, mənə bu haqda heç bir söz deməyib. Bayden mənə "bunu İraq hökuməti ilə razılaşdırsanız yaxşı olar” dedi. Bunu hamımız istəyirik. Ancaq bu da bir gerçəkdir ki, Türkiyənin təhlükəsizliyi sərhədimizin o tərəfindən başlayır. Qonşuluğumuzda olan dövlətlər, İraq və Suriya sərhədlərinə nəzarət edə bilmir".

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR