SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

QAN AZLIĞI OLANLAR DİQQƏT!

18-12-2015, 14:22 | Oxunub: 10 946 |

QAN AZLIĞI OLANLAR DİQQƏT!
"EMTV.az" xəbər verir ki, tərkibi dəmirlə zəngin olan qidaların siyahısını təqdim edir. Xüsusən qan azlığından əziyyət çəkənlər bu qidaları çox yeməlidir.

Qırmızı ət


Dəmir almaq baxımından ən gözəl yol qırmızı ət yeməkdir. Gündəlik dəmir ehtiyacı yaşa və cinsiyyətə görə dəyişir. Kişilərin gündəlik ehtiyacı 8 mq, qadınların 50 yaşa qədər 18 mq, daha sonra 8 mq-dır. Hamiəlik müddətində dəmir ehtiyacı artdığı üçün bu dövrdə gündəlik 27 mq dəmir qəbul etmək lazımdır.

Ağ ət


“Qırmızı ət yemirəm” deyənlərdənsinizsə, üzülməyin. Hinduşka, toyuq, ördək kimi ev quşları da çox yaxşı dəmir qaynağıdır.

Tünd yaşıl rəngli tərəvəzlər

Əgər ləzzətli bir qarnitur axtarırsınızsa, ispanaq, kələm, gül kələmi sizin üçün çox yaxşı dəmir qaynağı ola bilər.

Balıq

Pəhrizinizə dəmir əlavə etməyin yollarından biri də balıqdır. Balıq yüksək protein, bol Omega 3 və yağ turşusu tərkiblidir. Xüsusən də tuna, sardalye, uskumru və mezgit dəmirlə zəngin balıqlardır. Bununla həm də ürək xəstəliklərindən qorunmuş olarsınız.

Paxlalılar


Əgər vegeteriansınızsa, dəmir qəbul etməyinizin ən yaxşı yolu noxud, quru lobya, mərcimək kimi paxlalılardır. Onların tərkibindəki dəmirin daha yaxşı istifadəsini təmin etmək üçün suda saxlayın, sonra başqa suda qaynadın. Bu cür paxlalıların yanında taxıl bitkilər də yeyə bilərsiniz.

Taxıllar


Xüsusən də səhər yeməklərində buğda, kəpək və yulaf qatqılı çörəklər yeyin. Dəmir ağ çörəklərə nisbətən tam taxıllarda daha yüksəkdir.

Yumurta


Səhər yeməyində yaxşı qaynadılmış yumurta və yanında tam buğda çörəyi yeməklə bədəninizi dəmirlə zənginləşdirə bilərsiniz. Lakin bir şərtlə: yanında dəmir emalına mane olan qəhvə və ya çayı 40 dəqiqə sonra için və ya açıq çay için.

Bəhməz

Xüsusən də qara tut bəhməzi dəmir qaynağıdır. 100 qram bəhməzin tərkibində təxminən 400 mq kalsium, 10 mq dəmir var.

Quru meyvə

Dəmir baxımından zəngin quru üzüm, quru ərik, xurma, şaftalı arzuedilən quru meyvələrdir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR