18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DÜNYADA "ÖZÜNÜYANDIRMA" TRENDİ
ABŞ və Böyük Britaniyadan olan yeniyetmələr kütləvi olaraq özlərinin yandırılması səhnəsini çəkərək şəbəkəyə yerləşdirirlər.
"EMTV.az" “The Sun” nəşrinə istinadən verdiyi məlumata görə, bu videolar artıq bir çox uşaqda travmalara səbəb olub.
Özünü yandırıb videosunu şəbəkədə dərc edən ilk adam Britaniyanın Linkolnşir şəhərində yaşayan 11 yaşlı Oliver Şarp olub. Belə ki, qaradərili məktəbli gödəkcəsinə asan alışan maye qataraq onu yandırıb. Dekabrın 12-dən onun şəbəkəyə yüklədiyi videodan sonra, o, müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hazırda oğlanın belinə dəri qatının köçürülməsinə ehtiyac var. Yeniyetmənin anası isə bildirib ki, heç vaxt öz uşağında qeyri-adi hərəkətlərin olmasını hiss etməyib. Onun sözlərinə görə, oğlu hər zaman sözəbaxan və zəkalı uşaq olub.
Bu cür təhlükəli əyləncənin vətəni ABŞ sayılır. Bu ölkədə özünüyandırma nəticəsində 15 yaşlı oğlan ölümcül travmalar alıb. Yeniyetmə özünü yandıraraq sonradan söndürə bilməyib.
“Youtube” video hostinqində və “Facebook” sosial şəbəkəsində bu cür çarxların böyük videotekası mövcuddur.