17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAZİRƏ ŞEİR YAZDI İŞDƏN QOVULDU
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli işdən çıxarılıb.
Nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeiri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib. Dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.
"EMTV.az" xəbər verir ki, məsələ ilə bağlı V.Bəhmənli ilə əlaqə saxladıq.Hazırda məzuniyyətdə olduğunu məsələdən xəbərsiz olduğunu bildirdi.
Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə "Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir "525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib. Bu hadisə isə cəmiyyətdə böyük rezonans doğurub.