SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

3 DÖVLƏT BİRGƏ BƏYƏNNAMƏ İMZALAYACAQ

17-12-2015, 15:04 | Oxunub: 8 960 |

3 DÖVLƏT BİRGƏ BƏYƏNNAMƏ İMZALAYACAQ
“Türkiyə, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində ortaq Bəyannamə imzalanacaq”.

Mətbuatın məlumatına görə, bu sözləri Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz deyib. Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin İstanbulda keçirilən ikitərəfli və üçtərəfli görüşlərindən sonra mediaya açıqlama verən İ. Yılmaz bildirib ki, bugünkü görüşlər hərbi təhlükəsizlik sahələrində ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir: “Regional və qlobal dialoqa əvvəlkindən çox ehtiyac olduğu bir vaxtda üç ölkənin apardığı müzakirələrin əhəmiyyəti böyükdür. Bu əməkdaşlıq və dialoq bütün ölkələrə örnək ola biləcək xarakterdədir. Sülh dolu bir gələcəyin hazırlanması nöqtəsindən hərəkət edərək ikitərəfli və üçtərəfli əməkdaşlığımızın bir nişanəsi kimi gördüyümüz müdafiə sahəsində əməkdaşlıq bəyannaməsinin ən qısa müddətdə imzalanmasının önəmini də vurğuladıq”.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli isə üç ölkə arasındakı əməkdaşlığın istər bölgədə, istərsə də dünyada sülhə xidmət edəcəyini söyləyib. O, Türkiyə kimi bölgənin digər iki ölkəsi olan Azərbaycan və Gürcüstanın hərbi təhlükəsizlik məkanındakı gələcəkdəki yerinin NATO olduğunu vurğulayıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə diqqəti bölgə ölkələrinin silahlı qüvvələri arasında təhsil-təlim sahəsindəki əməkdaşlığın önəminə cəlb edib. Regiondakı münaqişələrin ölkələrin ərazi bütövlüyü təməlində və beynəlxalq hüquq normaları əsasında həll edilməsinin lüzumundan bəhs edən Z. Həsənov İstanbuldakı görüşün bölgədə sülh və əmin-amanlığa nail olunmasına xidmət etdiyini bildirib: “Sülhün tam şəkildə bərqərar olması üçün biz regionda güclü olmalı və bəzi layihələri həyata keçirməliyik. Bu gün qəbul etdiyimiz mühüm qərarlar üç dost-qardaş dövlətin silahlı qüvvələrini möhkəmləndirməyə xidmət edir. NATO proqramları çərçivəsində də biz Türkiyənin və Gürcüstanın təcrübələrindən istifadə edəcəyik. Regionda təhlükəsizliyə nail olunması bütün dövlətlərin mənafeyinə uyğun olacaq”.

Z. Həsənov növbəti görüşün Bakıda keçiriləcəyini, görüşün tarixinin dəqiqləşdirilərək elan olunacağını əlavə edib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR