18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DƏLƏDUZ DİREKTOR BEYNƏLXALQ AXTARIŞDA
Azərbaycanda şirkət rəhbəri barəsində axtarış elan olunub.
"EMTV.az" xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 1981-ci il təvəllüdlü Elnur Əliyev dələduzluqda təqsirləndirilir. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Elnur Əliyev Bakıda fəaliyyət göstərən “İnter Travel” turizm şirkətinin direktorudur. Onun bir qrup vətəndaşa qarşı dələduzluq etməsi ilə bağlı bu ilin yayında polisə ərizə daxil olub. Ərizədə iddia olunur ki, cari ilin fevral-iyul aylarında İ. Əliyev etibardan sui-istifadə edərək İran İslam Respublikasının vətəndaşı Taleh Kərim oğlu Mahmmouididən 4500 manat alaraq qaytarmayıb. Bundan başqa, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səməd Hacı oğlu Əzizovdan 2800 manat, 1982-ci il təvəllüdlü İsa Ənvər oğlu Əliyevdən 3600 manat, İradə Valeh qızı Quliyevadan 3268 manat, 1983-cü il təvəllüdlü Rauf Vidadi oğlu Xəlilovdan 1470 manat, 1991-ci il təvəllüdlü Günel Əbdülhüseyn qızı Gülhüseynovadan 1700 manat, 1971-ci il təvəllüdlü Xaliq Ramazan oğlu Bağırovdan 4500 manat, 1990-cı il təvəllüdlü Elman Bəylər oğlu Xanlarovdan 4200 manat, 1980-ci il təvəllüdlü Ağa Əli oğlu Abbasovdan 5200 manat, Xırdalan şəhər sakini, Fərhad Kərimovdan 1500 manat alaraq verməyib.