17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NAZİR ÖN CƏBHƏDƏ
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. "EMTV.az" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri, onların döyüş hazırlığı və sosial-məişət şəraiti ilə maraqlanıb. Məlumat verilib ki, yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən şəxsi heyət qablaşdırılmış qida məhsulları, o cümlədən gündəlik olaraq küftə, üç növ dolma və digər milli xörəklərlə, əşya-əmlak, yanacaq və istiliklə tam təmin olunub.
General-polkovnik Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb, onlara qiymətli hədiyyələr təqdim edib.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
Müasir avadanlıqlarla təmin edilən Ön İdarəetmə Mərkəzində olan Müdafiə naziri onun fəaliyyəti, qoşunların daimi idarə olunması, birlik və birləşmələrin qərargahları ilə bölmələr arasında qarşılıqlı operativ əlaqə, rabitə və elektron vasitələrin dayanıqlığı və əhatə dairəsi, eləcə də döyüş və ya əməliyyatların idarə olunması imkanlarını yoxlayıb.