SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

EYNULLA HACIYEVƏ 18 il HƏBS VERİLDİ

15-12-2015, 15:36 | Oxunub: 11 005 |

EYNULLA HACIYEVƏ 18 il HƏBS VERİLDİ
Məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"EMTV.az" mətbuatdan alınan məlumatına əsasən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi deyib. O, çıxışında Eynulla Hacıyevin öldürmək kimi bir niyyətinin olmadığını vurğulayıb. O, məhkəmədən onun barəsində verilən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7(. iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrin 120.1 ( qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.
Təqsirləndirilən şəxsə son söz demək təklif olunub. Eynulla Hacıyev adam öldürmək kimi bir niyyətinin olmadığını bildirib.
Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə gedib.
Məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Eynulla Hacıyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Qeyd edək ki, bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib.
Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun baldızı isə qulluqçu işləyirmiş. O, qətli də baldızının şərəfini qorumaq üçün törədib.
Sakinlər sözlərinə görə, Eynulla Hacıyev içki düşkünü olduğu da bildirilir. Elə buna görə, hadisədən bir neçə ay əvvəl elə içki düşkünü olduğuna görə, işdən qovulub.
Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7(. iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1(olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə cinayət işi başlanıb.
Onu da qeyd edək ki, qətlə yetirilən Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR