17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HƏRBİ HİSSƏNİN AÇILIŞI OLUB
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
"EMTV.az" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin rəhbərliyi inşa edilən qərargah, əsgər yataqxanaları, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi ilə və digər obyektlərlə tanış olub.
Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib: “Bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsində biz növbəti hərbi şəhərciyin açılışında iştirak edirik. Ali Baş Komandanın göstərişinə əsasən cari ildə artıq yeni tikilmiş onuncu hərbi şəhərciyin açılışını həyata keçiririk. Ən müasir avadanlıqlarla təchiz olunan hərbi hissə şəxsi heyətin istifadəsinə verilir”.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə inkişafını ciddi nəzarətdə saxlayır. Ordunun döyüş hazırlığı yüksəlir, hərbi hissələr yeni silah-sursatla, ən müasir döyüş texnikası ilə təmin olunur, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, daimi və xidməti mənzillər istifadəyə verilir. Dövlətin və xalqın etimadını doğrultmaq üçün biz gərək gecə-gündüz çalışaq və xidməti-döyüş hazırlığımızı yüksək səviyyədə təşkil edək.
“Qarşımızda torpaqlarımızı işğaldan azad etmək kimi əsas və müqəddəs vəzifə dayanır. Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu sayda itkilər verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq.
Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik. Onda düşmən Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcək. Məqsədimiz düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır. Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”, - deyə nazir bildirib.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi ərazi ilə tanış olub, müvafiq göstəriş və tövsiyələrini verib, hərbi qulluqçularla birlikdə nahar edib.