18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
BU İL DÜNYADA 128 JURNALİST HƏLAK OLUB
2015-ci ildə dünyanın 31 ölkəsində 128 jurnalist həyatını itirib. Bu barədə məlumat “Press Emblem Campaign” təşkilatının dekabrın 14-də Cenevrədə dərc edilən məruzəsində qeyd olunub.
"EMTV.az" TASS informasiya agentliyinə istinadən xəbər verir ki, ən çox qurban Suriyada qeydə alınıb. Burada 11 jurnalistin öldürüldüyü bildirilir. Suriyanın ardınca hər birində 10 jurnalistin həlak olduğu İraq və Meksika gəlir. Fransa, Liviya və Filippində 8, Braziliya, Hindistan, Cənubi Sudan və Yəməndə 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Kolumbiya və Ukraynada 4, Qvatemalada 3, Əfqanıstan və ABŞ da isə 2 jurnalist həyatını itirib.
Tədqiqatın nəticəsinə əsasən KİV-lərin fəaliyyəti üçün ən təhlükəli yer 2015-ci ildə 38 jurnalistin həlak olduğu Yaxın Şərq regionu sayılır. Onun ardınca isə Latın Amerikası (31), Afrika (18) və Avropa (13) gəlir.
“Press Emblem Campaign” təşkilatının statistika apardığı 2006-cı ildən bəri dünyada 1177 KİV əməkdaşı qətlə yetirilib. Məruzədə son beş ildə təkcə Suriyada 86 jurnalistin öldürüldüyü qeyd olunur.
Xatırladaq ki, 2004-cü ildə yaradılan və Cenevrədə jurnalistlər arasında qurbanların sayı barədə məruzə dərc edən “Press Emblem Campaign” təşkilatı BMT yanında konsultativ statusa malikdir.