17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"HEYDƏR ZİRVƏSİNDƏ" ULU ÖNDƏRİN XATİRƏSİ ANILDI
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb.
"EMTV.az" xəbər verir ki, Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, artıq ənənəyə çevrilən yürüşdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq 10 dekabr tarixində zirvəyə qalxaraq Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri qoyub, Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad ediblər.