18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
YAPONİYADA AZƏRBAYCAN DİLİ KURSLARI
Yaponiyanın paytaxtı Tokioda fəaliyyət göstərən Türk Mədəniyyət Mərkəzində (TMM) ilk dəfə Azərbaycan dili kursları açılıb.
"EMTV.az" xəbər verir ki, Kursun məqsədi barədə mərkəzin direktor müavini Kəmaləddin Doğrutəkin bildirib ki, 1997-ci ildən fəaliyyət göstərən TMM-də bütün türk xalqlarının mədəniyyətinin, dilinin, adət-ənənlərinin yaponlara öyrədilməsi istiqamətində iş aparılır. Mərkəz açılan zaman onun Türkiyə-Orta Asiya Mədəniyyət Mərkəzi adlandığını xatırladan K.Doğrutəkin bildirib ki, burada yalnız Türkiyə türklərinin deyil, eyni zamanda, Orta Asiya türklərinin mədəniyyətinin təbliğinə də xüsusi diqqət yetirilib. Ümumi türk mədəniyyətinə Yaponiyada böyük marağın olduğunu vurğulayan direktor müavini yaponların Azərbaycanla bağlı məlumatlar əldə etmək üçün də mərkəzə müraciət etdiklərini qeyd edib. Bunun Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu, ölkəmizlə əlaqə qurmaq istəyən yapon iş adamlarının Azərbaycan dilini öyrənmək üçün mərkəzə gəldiklərini bildirib. Qeyd edib ki, Yaponiyada Azərbaycan dilini öyrədəcək müəllim tapa bilmədiklərinə görə məsələ bir qədər yubandı.
A.Yusifova ilə əlaqə qurmaqda və kursların təşkilində göstərdiyi köməyə görə AZƏRTAC-ın Yaponiya bürosuna təşəkkürünü bildirən K.Doğrutəkin deyib ki, qarşılıqlı razılaşmaya əsasən onun mərkəzdə Azərbaycan dilini tədris etməsi qərara alındı.
Türk Mədəniyyət Mərkəzində Azərbaycan dili dərsləri artıq başlayıb və A.Yusifova yapon şagirdlərinə ölkəmiz haqda məlumat verir, Azərbaycan hərflərini, sözlərin yazılışını öyrədir. Onun fikrincə, yalnız Azərbaycan dilini öyrətməklə kifayətlənməyən bu dərslər, ümumiyyətlə, regionun lider dövlətinə çevrilmiş Azərbaycanı uzaq Yaponiyada tanıtmaqda mühüm rol oynayacaq.