SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

TOVUZ BAZARINDA TEYMUR BAĞIROV ÖZÜNÜ ƏJDAHAYA OXŞADIR

11-12-2015, 18:44 | Oxunub: 9 066 |

TOVUZ BAZARINDA TEYMUR BAĞIROV ÖZÜNÜ ƏJDAHAYA OXŞADIR
Tovuz rayonunda fəaliyyət göstərən «Nəsimi» ticarət mərkəzi acınacaqlı durumdadır. Bu rayonun bazarı demək olar ki, nəzarətsiz fəaliyyət göstərir. Yəni, bazarın daxilində və kənarında satıcılar küçə ticarəti ilə məşğul olurlar.
"EMTV.az" xəbər veir ki, artıq beş aydan da çoxdur ki, bazarda satılan ət və süd məhsulları, rayonun baytarlıq idarəsinin nəzarəti olmadan satılır.
Yaşanan problemin varlığına münasibət bildirən Tovuz rayon baytarlıq idarəsinin rəisi Zülfüqar Kərimov da, bazarda ət, süd və balıq məhsullarının tam nəzarətsiz satıldığını təsdiq etdi. Onu da bildir ki, satılan ət məhsullarının çox zaman mənşəyi məlum olmur.
Zülfüqar Kərimov onu da qeyd etdi ki, bu gün bazarda satılan ətlərin at,it, eşşək yaxudda mal və qoyun ətinin olduğunu heç kim bilmir.
Tovuz rayon Gigiyena və Epidemialogiya Mərkəzinin baş həkimi Arifə Ağayeva da, “Nəsimi” ticarət mərkəzinə müdaxilə edə bilmədiklərini, bazar rəhbərliyi tərəfindən bazarda yoxlama aparılmasına imkan vermədiklərini də vurğuladı.
Onu da qeyd edək ki, ticarət mərkəzi Fövqəladə Hallar Nazirliyinin də tələblərinə cavab vermir.
Məsələyə münasibət bildirən Tovuz rayon FHN-nin Yanğından Mühafizə Xidmətinin rəisi Nurəddin Hacıyev isə bildirir ki, deyilən ab-hava həqiqətən də Tovuz rayonunun «Nəsimi» ticarət mərkəzində bu gün də yaşanır.
Görəsən, rayonun mərkəzində oturub bazarı yoxlamaq istəyən səlahiyyətli dövlət məmurlarını «udan» bu «əjdaha»kimdir? Rayon sakinlərindən əldə etdiyimiz məlumata görə, bu «əjdaha»nın adı Teymur Bağırovdur. O,keçmiş polis işçisi olub.Təqaüdə çıxdıqdan sonra olub «bazarkom».
Başına da bir neçə qoçu dəstəsi və bir növ sahibsiz qadınları yığaraq, bazarı yoxlamağa gələn dövlət qurumlarının əməkdaşlarını şantaj etməklə məşğuldur. Vəziyyət o həddə gəlib çatıb ki, hətta bazarda hər hansı cinayət hadisəsi baş verdikdə də, polis onlara müdaxilə edə bilmir.
Araşdırmalarımız davam edir. Növbəti sayımızda aidiyyətı orqanlara ünvanladığımız məktublara aldığımız cavabdan sonra, mövzunu davam etdirəcəyik.(Habil Dəryaz)

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR