17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MİLLİ KARATE FEDERASİYASINDA STRUKTUR DƏYİŞİKLİK EDİLİB
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.
"EMTV.az" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milli komandaların baş məşqçisi, Əməkdar Məşqçi və Əməkdar idman xadimi Rəhman Hətəmov birinci vitse-prezident təyin olunub.
Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarət olacaq. Heyətə AMKF-nin prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov daxil edilib.