18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
1 MİLYON DOLLARLIQ EVİM YOXDU-ELNUR ASLANOV
Latviyanın paytaxtı Riqada 1 milyon dollara mənzil aldığı iddia olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri Elnur Aslanov məsələ ilə bağlı açıqlama verib.
"EMTV.az" mətbuata verilən xəbərə istinadən məlumat verir ki, Latviya vətəndaşlığı alaraq Azərbaycandan birdəfəlik köçüb getməyə hazırlaşdığı deyilən E.Aslanov ittihamların uydurma olduğunu bildirib: “Mənim Riqada mənzil almağım barədəki xəbər həqiqətə uyğun deyil. Bu, sadəcə uydurmadır. Xaricdə nə mənzilim, nə də digər daşınmaz əmlakım yoxdur”.
E.Aslanovun sözlərinə görə, onun cəmisi bir mənzili var, o da Bakıdadır: “Həmin mənzili də mənə prezident verib. Buna görə dövlət başçısına çox minnətdaram. Bütün şüurlu həyatım boyunca prezidentin əsgəri olmuşam. İndi də dövlətçilik naminə fəaliyyətimi davam etdirirəm. Mən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. İlham Əliyevin partiyasının bir üzvü kimi də ölkəmizin inkişafı naminə əlimdən gələni edirəm. Azərbaycandan da heç yerə köçüb getməyə hazırlaşmıram”.
E.Aslanov haqqında yazılanlarla bağlı deyib: “Yalan və böhtanlardan boğaza yığılmışam. Nə qədər yalan danışmaq və yazmaq olar? Azərbaycan balaca ölkədir. Burada hamı bir-birini tanıyır. Hansısa məlumatı gizlətmək sadəcə mümkün deyil”.
E.Aslanov mətbuatda onun biznes fəaliyyəti barədə yayılan digər məlumatlara da münasibət bildirib: “Bunlar doğru xəbərlər deyil. Yazırlar ki, guya supermarketlərim, başqa biznesim var. Bunu deyənlər doğrudan da belə olduğunu sübut etsələr, həmin biznesi onlara bağışlayaram”.
E.Aslanov sadə adamlar kimi yaşadığını, fəaliyyətini Rabitə Nazirliyində şöbə müdiri kimi davam etdirdiyini və elmi işlə məşğul olduğunu söyləyib: “Bu yaxınlarda Türkiyədə kitabım çıxıb. Həmin kitab bu yaxınlarda Rusiyada da təkrar nəşr olunacaq”.
Xatırladaq ki, E.Aslanov uzun illər Prezident Administrasiyasında (PA) işləyib. O, PA-nın siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. Sonradan E.Aslanov PA-dakı vəzifəsindən azad edilib. E.Aslanov keçmiş deputat Rəbiyyət Aslanovanın oğludur.