SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ƏLLƏRİ KƏSİLƏN OĞLAN BARƏDƏ RƏSMİ AÇIQLAMA

10-12-2015, 11:41 | Oxunub: 8 328 |

ƏLLƏRİ KƏSİLƏN OĞLAN BARƏDƏ RƏSMİ AÇIQLAMA

Hadisənin təfərrüatları rəsmən açıqlanıb

"EMTV.az" xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Zaqatalada gənc oğlanın əllərinin kəsilməsi hadisəsi ilə bağlı birgə məlumat yayıb. Noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.

Müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən, həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək, özlərinə məxsus mağazada gizlədib, sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıb, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər. İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb.

A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olub, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizlənib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb edilib.

R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR