17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
KƏMALƏDDİN HEYDƏROV KOMANDİRİN DƏFNİNDƏ
Fövqəladə Hallar Nazirliyinin (FHN) "Vixr-9" yanğınsöndürmə gəmisinin dekabrın 8-də vəfat etmiş komandiri bu gün torpağa tapşırılıb.
"EMTV.az"-ın APA-ya istinadən məlumatına görə, daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviçbu gün Zabrat qəbristanlığında dəfn olunub.
Dəfn mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin digər rəsmi şəxsləri iştirak ediblər.
Qeyd edək ki, dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ərazisinə ilk yaxınlaşan "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib.