17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
QADINLARIN KÖNÜLLÜ HƏRBİ XİDMƏTƏ QƏBULU ELAN EDİLDİ
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbulunu elan edir.
Xidmətə qəbulun şərtlərinə əsasən, namizədlər hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli, boyu 170 santimetrdən yuxarı, 19-25 yaşlarında, ən azı orta təhsilli olmalıdırlar.
"EMTV.az" xəbər verir ki, Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidmətə qəbul olunan şəxslərlə üç illik müqavilə bağlanacaq. Xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.
Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I, III və V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri isə saat 9:00-dan 12:30-dək qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4. Əlaqə telefonu: (012) 560-27-00.