17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
TEZALIŞAN MƏHSULLAR GÖMRÜK NƏZARƏTİNDƏ AŞKARLANDI
Yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan xeyli sayda vasitələrin gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb.
"EMTV.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, son vaxtlar, xüsusilə, qarşıdakı bayram günləri ərəfəsində bəzi işbazlar Azərbaycanın gömrük ərazisinə gömrük qaydalarını pozmaqla, qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki və tezalışan mallar gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi halların qarşısı qətiyyətlə alınır.
Bu günlərdə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşları - Mahmud Nəbiyevin idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 14220 ədəd, Azər Hüseynovun idarə etdiyi “Mercedes Benz E220 CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd, Elyar İsmayılovun idarə etdiyi “Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82550 ədəd, Sönməz Osmanovun idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsindən 5436 ədəd, Teymur Əliyevin idarə etdiyi “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40800 ədəd, Natiq Əhmədovun idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 12800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi “VAZ 21703” markalı nəqliyyat vasitəsindən 57600 ədəd, Samir Musayevin idarə etdiyi “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20400 ədəd, ümumilikdə 240806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələrin gömrük nəzarətindən gizlədilməsi aşkar olunub.
Bütün faktlarla bağlı araşdırma aparılır.