17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"GÜNƏŞLİ" YATAĞINDAKI YANĞIN XƏZƏR DƏNİZİ ÜÇÜN FƏSAD YARATMAYIB
"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın zamanı Xəzər dənizinin ekologiyası üçün fəsad yaranmayıb.
"EMTV.az" xəbər verir ki, Trend-in məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın hadisəsi ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib.
O, qeyd edib ki, orada yanğın olmasaydı, açıq fontan baş versəydi, o zaman ekologiya üçün fəsad ola bilərdi.
Hava şəraiti ilə əlaqədar olaraq hadisədən bir gün əvvəl edilən xəbərdarlığa əsasən işçilərin platformadan çıxarılmasına da münasibət bildirən baş mühəndis qeyd edib ki, hava şəraitindən, küləyin sürətindən asılı olaraq, işlərin məhdudlaşdırılması mexanizmi var: "Biz bu mexanizmə uyğun hərəkət edirik. Bu platforma layihə zamanı ən yüksək ballı - maksimum 12 ballı küləklər üçün nəzərdə tutulub".