17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
HƏMYERLİLƏRİMİZ RUSİYADA NEFTÇİLƏRİ ANDILAR
"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən anılır. Rusiyanın paytaxtı Moskvada yaşayan həmvətənlərimiz Azərbaycanın bu ölkədəki səfirliyi qarşısına toplaşaraq hadisə zamanı itkin düşən və həlak olan neftçilərimizi yad ediblər.
"EMTV.az" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının, Rusiya Azərbaycan Dostluq Mərkəzinin üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr səfirlik binası garşısına qərənfillər düzüb və onların xatirəsinə şamlar yandırıblar. Aksiyada azərbaycanlılarla yanaşı, Moskvadakı digər xalqların nümayəndələri də olub.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, gənc diaspor rəhbərləri Şamil Tağıyev və Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalıqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər.