SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

TV KANALLARI CƏZALANDIRILACAQ

7-12-2015, 12:44 | Oxunub: 9 515 |

TV KANALLARI CƏZALANDIRILACAQ

"Dünən bəzi televiziya kanallarında "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Hazırda bununla bağlı tərəfimizdən arayış hazırlanır. Bu məsələ Şurada müzakirə olunacaq”.

"EMTV.az" xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.8 bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır:

"Televiziyaların xəbər departamentləri, rəhbərlik artıq faciədən xəbərdar idilər. Hətta elə telekanallar olub ki, dünən günorta saatlarında, 15-16 radələrində efirdə reklam veriblər. Saat 11-ə qədər efirə verilən reklamları haradasa başa düşmək olardı, lakin 12-dən sonra reklamları dayandırmamaq heç bir məntiqə sığmır”.

T. Dadaşov qeyd edib ki, matəm günü telekanalların efirində şou proqramlar yığışdırılıb.

Qeyd edək ki, matəm günü "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin bəzi telekanalında pozulduğu deyilir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə dekabrın 6-da Azərbaycan ərazisində matəm elan edilib.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR