17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
PREZİDENTİN BANKİRİ HƏBS OLUNUR
Ali London məhkəməsi “Putinin bankiri” adı ilə tanıdan Sergey Puqaçovun həbsinə order verib.
"EMTV.az" Avropa.info-a istinadən xəbər verir ki, vaxtilə Rusiya prezidenti ilə çox yaxın olan bu adam sonradan Kremllə savaşa girib. O, Moskvanı biznes imperiyasını ələ keçirməkdə ittiham edərək, 12 milyard dollar dəyərində təzminat iddiası irəli sürmüşdü.
Rusiya prokurorluğu Puqaçovu vergiödəyicilərinin pullarını mənimsəməkdə ittiham edir. O, ittihamları rədd edərək bildirir ki, Putinlə araları dəyəndən sonra bu ittiham onun aktivlərini ələ keçirmək üçün işlədilib.
Rusiya Sığorta Əmanətləri Agentliyinin sorğusu əsasında Britaniya məhkəmələri Puqaçovun beynəlxalq aktivlərinin dondurulması haqda qərar çıxarıb. O, sahib olduğu Rusiya və Fransa pasportlarını təhvil verməli, istintaqın sonunadək Böyük Britaniya ərazisində qalmalıdır.
Puqaçovla bağlı məhkəmə dinləməsi 7 dekabrda keçirilməlidir. Məhkəməyə gəlməyəcəyi təqdirdə onu 2 il həbs cəzası gözləyir.
Puqaçova gələn məhkəmə bildirişində isə onun iyun ayından gizləndiyi bildirilir. “Putinin bankiri”nin vəkili isə bildirib ki, ona qarşı sui-qəsd planlaşdırıldığı üçün Londona gələ bilməyəcək.