17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
NARDARANDA HARA BAXIRDIN, QARA BAYRAQLAR ASILMIŞDIR
“Dini məscidlərdə siyasi müzakirələrin aparılması yolverilməzdir”.
"EMTV.az" Modern.az-a istinadən xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən iclasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
O, məscidlərin siyasi diskusiya yeri olmadığını qeyd edib. Vitse-spiker dinin siyasətlə qarışdırılmamalı olduğunu da bildirib: “Hər birimizin dindən az-çox məlumatımız var. Dindarın siyasətlə nə işi var? Dindar məscidə gedib namaz qılmalıdır, siyasi diskusiyalar, dövlət əleyhinə kampaniyalar aparmalı deyil”.
O, Nardaran hadisələri haqda da fikirlərini bildirib:
“Nardaranda hara baxırdın, qara bayraqlar asılmışdı. Dində bu cür bayraq anlayışı varmı?! Burada “Quran” oxuyan insanlar əyləşib. Onlara müraciət edirəm, “Quran”da belə hallar varmı?!
Azərbaycanda yalnız bir bayraq dalğalana bilər, o da üç rəngli Azərbaycan bayrağıdır. Bura müstəqil Azərbaycan dövlətidir və onun öz bayrağı var. Bu dövlət bizə ulu öndər Heydər Əliyevdən əmanətdir. Dövlətə xəyanət edənlər cəzalandırılmalıdır”.