17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İDDİALI AÇIQLAMA "HAMISINI GERİ QAYTARACAM" HAFİZ MƏMMƏDOV
“Bakı” futbol klubunun sahibi, tanınmış iş adamı Hafiz Məmmədov düşdüyü çətin durumdan və komandası ilə bağlı gələcək planlarından danışıb. EMTV.az xəbər verir ki, qol.az-a müsahibə verən H.Məmmədov yaxın gələcəkdə komandadan gedən oyunçuları geri qaytaracağını deyib: “Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, “Bakı” heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var. Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz sadəcə alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdur. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir”.
H.Məmmədov bəzi oyunçuları komandaya qaytarmaq fikrinin olduğunu da əlavə edib: “Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver. Verməyəcəkdim? Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdır. Hamısını geri qaytaracağam. Kim halallıqla gedibsə, mütləq “Bakı”ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar”.