17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DÖVLƏR SİRRİ İLƏ BAĞLI YENİ QAYDA TƏSDİQ EDİLDİ- Mədət QULİYEV
Azərbaycan milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyev “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərarın qəbul edilməsi Qaydası”nı təsdiq edib.
Trend-in məlumatına görə, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu Qaydaya uyğun olaraq qəbul edilir.
Qaydada qeyd olunur ki, dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanları və onların sərəncamına verilmiş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə müəyyənləşdirilir.
Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar bu faktın xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi yolu ilə qəbul edilir. Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması faktı üzrə xidməti təhqiqatın aparılması, nəticəsinə dair materialların hazırlanması və təqdim edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Dövlət sirri təşkil edən məlumatın (bundan sonra – məlumat) qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materiallar belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısını hazırlamış ekspert komissiyası (bundan sonra – ekspert komissiyası) tərəfindən, bu orqanın rəhbərinin tapşırığı əsasında qiymətləndirilir.
Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların daha obyektiv qiymətləndirilməsi məqsədilə ekspert komissiyasının işinə yayılma faktının baş verdiyi dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra – təşkilat) mütəxəssisləri cəlb edilə bilər.
Kənar təşkilatın mütəxəssisinin ekspert komissiyasının işinə cəlb edilməsi ekspert komissiyasının təşəbbüsü və həmin təşkilatın rəhbərinin razılığı ilə həyata keçirilir.
Ekspert komissiyasının işinə cəlb edilmiş mütəxəssis təhqiqatın nəticəsində marağı olmayan və dövlət sirri ilə işləməyə müvafiq formalı buraxılışı olan şəxs olmalıdır.
Ekspert komissiyasının iclasının keçirilmə vaxtı və ekspert komissiyasının işinə cəlb edilməli şəxslər komissiyanın sədri tərəfindən müəyyən edilir. Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi tərəfindən müəyyən olunan mütəxəssislər ekspert komissiyasının işində bilavasitə iştirak edə bilərlər.
Ekspert komissiyasının iclası dövlət sirrinin texniki kanallarla sızmasının istisna edildiyi otaqda keçirilməlidir. Ekspert komissiyasının iclasının təşkilində dövlət hakimiyyəti orqanının dövlət sirrinin mühafizəsi üzrə bölməsi iştirak edir və iclas zamanı dövlət sirrinin mühafizəsinə görə məsuliyyət daşıyır.
Məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialın qiymətləndirilməsi aşağıdakıları nəzərdə tutur:
- qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin, habelə təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş ziyanın obyektivliyinin qiymətləndirilməsini;
- məlumatın qeyri-qanuni yayılması faktının baş verdiyi təşkilatda dövlət sirrinin mühafizəsi sisteminin effektivliyinin artırılması istiqamətində görülən tədbirlərin yetərliliyinin qiymətləndirilməsini.
Qeyri-qanuni yayılmış məlumatın dövlət sirri təşkil etməsi və məxfilik dərəcəsi haqqında ekspert rəyinin obyektivliyi qiymətləndirilərkən aşağıdakılara diqqət yetirilməlidir:
- məlumat məxfiləşdirilərkən Azərbaycan Respublikasının “Dövlət sirri haqqında” Qanunu ilə (bundan sonra - “Dövlət sirri haqqında” Qanunla) müəyyən edilmiş prinsiplərə əməl edilib-edilmədiyinə;
- məlumatın daşıyıcısında “Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş rekvizitlərin qoyulub-qoyulmadığına, o cümlədən məlumatın məxfiliyinin açılması tarixinin və ya şərtinin, yaxud buna səbəb ola biləcək hadisənin müəyyən edilib-edilmədiyinə;
- məlumatın məxfiləşdirilməsinin əsaslığının və əvvəllər verilmiş məxfilik dərəcəsinə uyğunluğunun “Dövlət sirri haqqında” Qanunla müəyyən edilmiş müddətdə yoxlanılıb-yoxlanılmadığına.
Məlumatın qeyri-qanuni yayılması nəticəsində vurulmuş ziyan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”na uyğun olaraq hazırlanmış normativ-metodik sənədə əsasən müəyyən edilir.
Ekspert komissiyası yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyi ilə, yaxud təhqiqat komissiyasının müəyyən etdiyi ziyanla razı olmadıqda, məsələyə ekspert komissiyası tərəfindən yenidən baxılır. Bu halda yayılmış məlumatın dövlət sirri təşkil etməsinə və məxfilik dərəcəsinə dair ekspert rəyinin hazırlanmasını, habelə vurulmuş ziyanın müəyyənləşdirilməsini ekspert komissiyası həyata keçirir.
Dövlət sirrinin qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların qiymətləndirilməsi ilə bağlı işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün məsələlər ekspert komissiyası üzvlərinin səs çoxluğu ilə həll edilir. Əksəriyyətin qəbul etdiyi qərarla razılaşmayan ekspert komissiyasının üzvü öz rəyini yazılı şəkildə bildirə bilər və rəy işə əlavə olunur.
“Dövlət sirri haqqında” Qanuna əsasən məlumatın qeyri-qanuni yayılması bütövlükdə Azərbaycan Respublikasının və ya mərkəzi icra hakimiyyəti orqanının mənafeyinə ziyan vurmaqla nəticələndikdə, fakt üzrə materiallara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada (bundan sonra – İdarələrarası Komissiya) baxılır. Belə məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar İdarələrarası Komissiyanın rəyi nəzərə alınmaqla qəbul edilir.
Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar ekspert komissiyası tərəfindən hazırlanır və yayılmış məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanır.
3.2. Qərar aşağıdakı məsələləri əhatə edir:
3.2.1. məlumatın qeyri-qanuni yayılması faktının xidməti təhqiqatına dair materialların belə işlər üzrə istintaqı həyata keçirən orqana – Milli Təhlükəsizlik Nazirliyinə (bundan sonra – istintaq orqanı) göndərilməsini;
3.2.2. dövlət sirrinin mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə tapşırıqları;
3.2.3. qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində təqsirli şəxslər barədə məsuliyyət tədbirlərini;
3.2.4. məxfiləşdirilməli məlumatların siyahısına dəyişikliklər edilməsini.
3.3. Materialların istintaq orqanına göndərilməsi barədə qərar yayılmış məlumatın dövlət sirri təşkil etdiyi ekspert rəyi ilə təsdiq edildikdə qəbul edilir.
3.4. Məlumatın qeyri-qanuni yayılması faktı üzrə qərar faktın xidməti təhqiqatına dair materialların dövlət hakimiyyəti orqanına daxil olduğu vaxtdan 15 gün müddətinə qəbul edilməlidir.
3.5. Məlumatın qeyri-qanuni yayılması belə məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanı üzrə məxfiləşdirilməli məlumatlar siyahısına dəyişikliklər edilməsi zərurəti yaradarsa, göstərilən siyahıya qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişiklik edilir.
3.6. Məlumatın qeyri-qanuni yayılması faktı istintaq orqanı tərəfindən aşkar edildiyi halda, bu orqan qeyri-qanuni yayılma faktına bilavasitə aidiyyəti olan materialları da əlavə etməklə, həmin məlumatın dövlət sirri təşkil edib-etməməsi, məxfilik dərəcəsi və vura biləcəyi ziyan barədə rəyin verilməsi üçün bu məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına sorğu etməlidir.