17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"PUTİN ÖZÜ İŞİD-dən NEFT ALIR"- ERDOĞAN
”Bizdə sübutlar var və onları bütün dünyaya göstərəcəyik”
Türkiyə prezidenti Recep Tayyip Erdogan Rusiyanın “İslam Dövləti” qrupi ilə qanunsuz neft alverində əli olması barədə onlarda sübutlar olduğunu bildirib.
Erdogan bunu dekabrın 3-də bəyan edib və bununla Rusiyanın ittihamlarına cavab verib:
”Bizdə sübutlar var və onları bütün dünyaya göstərəcəyik”.
Erdogan bu məsələdə xüsusilə Rusiya pasportu olan Suriya vətəndaşı George Haswaninin adını çəkib.
ABŞ-ın maliyyə nazirliyi noyabrda onu sanksiyalar siyahısına salıb.
Erdogan həmçinin tanınmış rusiyalı şahmatçının bu məsələdə əli olduğunu deyib, amma ad çəkməyib.
Qeyd edək ki, Rusiyanın müdafiə nazirliyi bundan bir gün əvvəl Türkiyəni “İslam Dövləti” qrupunun nəzarətində olan ərazilərdən qaçaq neft almaqda ittiham eləmiş və onlarda 3 belə marşurut barədə peykdən çəkilmiş görüntülər olduğunu bildirmişdi.
Erdoganın ardınca baş nazir Ahmet Davutoglu da Rusiyanın ittihamlarını rədd edib.
Davutoglu Rusiyanı keçmiş sovetlər dövrünə xas taktikada günahlandırıb.
O qeyd edib ki, son günlər Rusiya mətbiatı və rəsmilərinin açıqlamaları keçmiş Sovet dövrünün yalançı təbliğat maşınını xatırladır.