17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ALMANİYADAN TÜRKİYƏYƏ HƏRBİ DƏSTƏK
Almaniya Türkiyədəki "İncirlik" hərbi bazasına 550 hərbçi göndərəcək.
"EMTV.az""Report"-a istinadən xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, bir müddət öncə Fransa və Almaniya hökumətləri Türkiyənin cənubunda yerləşən NATO-nun "İncirlik" hərbi bazasından istifadə etmək məqsədilə Ankaraya rəsmi müraciət ünvanlayıb. Bu gün Almaniyanın müdafiə naziri Ursula von der Leyen Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, Almaniya hökuməti Silahlı Qüvvələrinin Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə iştirakına dair qərar qəbul edib. Parlament bu qərarı təsdiqləsə, o zaman Almaniya Suriyadakı beynəlxalq antiterror koalisiyasına qoşularaq, bölgəyə "Tornado" adlı kəşfiyyatçı təyyarə, hərbi gəmi və 1200-ə yaxın əsgər göndərəcək.
Xatırladaq ki, hazırda Türkiyənin "İncirlik" hərbi bazasında ABŞ-ın 200 hərbçisi var.