17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İŞİDƏ ABŞ-DAN AĞIR ZƏRBƏ
Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” qırıcı təyyarələri Suriyanın şərqində İŞİD qruplaşmasının nəzarətində olan neft yatağındakı 6 hədəfə zərbə endirib.
"EMTV.az"-ın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hədəflər ABŞ-ın Qətərdə yerləşən mobil mənzil-qərargahı tərəfindən seçilib. Zərbələrin hədəfə lazerlə yönələn “Paveway IV” aviasiya bombaları ilə endirildiyi bildirilir.
Bir qədər əvvəl Böyük Britaniya parlamenti ölkənin Hərbi Hava Qüvvələri tərəfindən Suriyadakı İŞİD mövqelərinə zərbə endirilməsinə sanksiya verib. Dekabrın 2-də Britaniya parlamentinin İcmalar Palatasında keçirilən səsvermə zamanı 397 deputat baş nazir Devid Kemeronun İŞİD qruplaşmasına zərbə vurmaq təklifini dəstəkləyib, 223 deputat bunun əleyhinə çıxıb.
Bu qərardan iki saat sonra iki “Tornado” qırıcı təyyarəsi Suriya ərazisindəki hədəflərə zərbə vurmaq üçün Britaniyanın Kiprdə yerləşən “Akrotiri” aviabazasından havaya qalxıb.