18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"POSTU TƏRK ETMƏYƏCƏM"-ƏSƏD
Əsəddən növbəti bəyanat
"EMTV.az" bildirir ki, Ölkə.Az-ın xəbərinə görə, Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, suriyalıların ona səs verməyəcəyi təqdirdə prezident vəzifəsindən getməyə hazır olduğunu bəyan edib.
"Əlbəttə, indi müharibənin qızğın vaxtında hansısa səbəblərdən postu tərk edəcəyimi deyə bilmərəm, əks halda satqın olardım. Ancaq seçki dövrü gələndə, qoy, suriyalılar özləri qərar versin. Məni görmək istəsələr, məmnuniyyətlə vəzifəmdə qalacağam. İstəməsələr, yenə də böyük məmnuniyyətlə istefa verəcəm. Bununla bağlı mənim heç bir problemim yoxdur", - deyə prezident qeyd edib.
Xatırladaq ki, bir müddət öncə də Suriya prezidenti Bəşər Əsəd istefa verməyə hazır olduğunu dilə gətirmişdi.
"Əgər mənim gedişim münaqişəni həll edəcəksə, mən, şübhəsiz ki, bunu edəcəm", - deyə Bəşər öz mövqeyini ifadə edib. Suriya prezidenti qeyd edib ki, kimin prezident olacağını xalq müəyyən etməlidir. O xatırladıb ki, ötən il baş tutan prezident seçkilərində ölkə əhalisi onun namizədliyini dəstəkləyib.
Qeyd edək ki, Vyanada Suriya münaqişəsi ilə bağlı danışıqlar ərəfəsində BMT-də yayılmış sənədə əsasən, Rusiya ölkədə 18 ay müddətinə keçid dövrü təyin etməyi və sonradan prezident seçkisini keçirməyi təklif edib.