20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
YAP-DAN RƏSULZADƏNİ TƏHQİR EDƏN DEPUTATA DƏSTƏK
YAP Gəncə təşkilatının sədri, parlamentə Gəncədən deputat seçilən Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə haqqında səsləndirdiyi xoşagəlməz fikirlər ətrafında yaranan ajiotaj sosial şəbəkələrdə daha geniş müzakirə olunmağa başlayıb. Böyük çoxluq bu açıqlamanı YAP-ın mövqeyi kimi qiymətləndirib.
"EMTV.az" xəbər verir ki, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az saytına Naqif Həmzəyevin bu fikirləri səsləndirmədiyini deyib:
“Mən onun açıqlamasını oxudum və Naqif Həmzəyevə inanıram. Gənc deputatımız özünün də dediyi kimi bu fikirləri işlətməyib və onun fikirləri təhrif olunub, tamam başqa fikirlər verilib”.
A.Mirzəzadə deyib ki, Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir:
“O, özünü siyasi fəaliyyətdə, partiya işində həmişə müsbət tərəfdən göstərib, yetkin fikirlərilə yaşadığı Gəncə şəhərində nüfuz qazanıb. Çox təəssüf edirəm ki, ilk gündən bizim YAP-dan olan gənc üzvümüz haqqında bilərəkdən yaxud da bilməyərəkdən ajiotaj yaradıblar”.
A.Mirzəzadə bildirib ki, Naqif Həmzəyev demədiyi fikirlərə görə məsuliyyət daşımır:
“Yeni Azərbaycan Partiyasının üzvləri həmişə tariximizə hörmətlə yanaşıb, tarixi şəxsiyyətlərin hörmətinin qorunmasının tərəfdarı olub. Bu məsələdə hər zaman digərlərinə nümunə göstəriblər. Mən hesab edirəm ki, bu, sadəcə sensasiya xatirinə yaranmış insident idi və ona da cavab verildi”.