18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABİD ŞƏRİFOVUNUN SƏHHƏTİ PİSLƏŞDİ
Noyabrın 26-də Pekində Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov və Çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik ediblər.
İclasda iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa dair məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əlaqələrin inkişafına dair mövzular müzakirə olunub.
"EMTV.az" xəbər verir ki, musavat.com-a daxil olan məlumata görə, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də digər nümayəndə heyəti Bakıya qayıtsa da o, nəzərdə tutulan zamanda Azərbaycana dönə bilməyib. Mənbəmiz bildirir ki, Abid Şərifov şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və o, Pekində dərhal xəstəxanaya yatırılıb.
Məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxladıq. Akif Əli musavat.com-a bildirdi ki, Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumatdan xəbərsizdir: “Bu barədə məndə məlumat yoxdur”.
Akif Əli məlumatı dəqiqləşdirməyimiz üçün bizə Abid Şərifovun köməkçisinin nömrəsini verdi. Köməkçi isə sualımıza cavab olaraq bildirdi ki, bu barədə məlumat almaq üçün mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır.
Musavat.com-un əməkdaşı A.Şərifovun mobil nömrəsinə zəng vursa da, telefon bağlı göstərdi.