SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"HƏYATIMIN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİN"- RAMİL USUBOVA MÜRACİƏT

30-11-2015, 12:59 | Oxunub: 10 138 |

"HƏYATIMIN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİN"- RAMİL USUBOVA MÜRACİƏT

İki qızı ilə birlikdə İŞİD-ə qoşularaq Azərbaycanı qanunsuz şəkildə tərk edən Pərvanə Yusifovanın həyat yoldaşı daxili işlər naziri Ramil Usubova müraciət edib.

"EMTV.az" xəbər verir ki, bu barədə AzNews.az-a Suriyaya qaçan qadının həyat yoldaşı İlqar Yusifov məlumat verib. O, müraciət etmə səbəbini həyatının təhlükədə olması ilə əlaqələndirib. Nazirə edilən həmin müraciətdə bildirilir ki, ailəsini ölkədən çıxaran, onları cinayətkar qruplaşmalara yardım üçün aparan şəxslərlə bağlı aidiyyəti qurumlara müraciəti, eyni zamanda bu məsələni içtimailəşdirməsi onun həyatını riskə atıb: "Həyatımın təhlükədə olmasını hiss edərək sizdən xahiş edirəm ki, həyatımın təhlükəsizliyini təmin edəsiniz”.

"HƏYATIMIN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİN"- RAMİL USUBOVA MÜRACİƏT


Qeyd edək ki, Bakı sakini İlqar Yusifov AzNews.az-a müraciət edərək ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Daxili İşlər Nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb. Bildirib ki, ailəsinin Suriyaya qaçacağını əvvəldən hiss etdiyinə görə aidiyyəti qurumlara müraciət edib, müəyyən vəzifəli şəxslərlə şəxsən görüşərək problemi onlara çatdırıb. Həmin şəxslər məsələni diqqətdə saxladıqlarını, ailənin ölkədən çıxmasının mümkün olmayacaqlarını bildiriblər. Lakin bir müddət sonra ailə sərhədi keçə bilib. Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi ailənin sərhədi qanunsuz olaraq necə keçməsi barədə araşdırmalalara başladığını bəyan etsələr də, hələlik heç bir nəticə yoxdur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR