17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Lotu Quli”nin adamları saxlanılıb – Onlardan biri Azərbaycana qaçmağa cəhd edib
Gürcüstanda son iki gün ərzində intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində “oğru dünyası” ilə əlaqəli 10 nəfər saxlanılıb.
Emtv.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
“Oscar”, “Ələsgər”, “Xomeyni” və müxtəlif ləqəbli digər şəxslər Batumi, Mestia, Marneuli, Dmanisi, Rustavi və Tbilisidə yaxalanıblar. Onlardan biri “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında Azərbaycana qaçmağa cəhd edərkən saxlanılıb.
Saxlanılanların 4-ü “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun qardaşı və yaxınlarının adından vətəndaşlara hədə-qorxu gələrək birindən maşınını satmasını, digərindən isə 4 min lari pul tələb ediblər. Əks halda vətəndaşlar və onların yaxınları ölümlə hədələnib.
Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.report
Aynurə Kərimova,
Emtv.az