18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda 500 əlil biznes quracaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icrasına başladığı “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi 500 nəfər əlilliyi olan şəxsin biznes qurmasına dəstək verəcək.
Emtv.az xəbər verir ki, Nazirliyin məlumatına əsasən, BMTİP-in məşğulluq üzrə baş mütəxəssisi Vesna Dzuteska Bişeva və qurumun Azərbaycan Ofisinin müşaviri Leyla Fathi ilə nazirlikdə keçirilən görüşdə layihənin icra vəziyyəti və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, layihənin icrası üçün pilot olaraq müəyyən edilmiş 12 şəhər və rayon üzrə məşğulluq orqanlarında qeydiyyatda olan əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi üçün artıq elanlar dərc edilib.
Həmçinin əlilliyi olan şəxslərin daha operativ məlumatlandırılması üçün onlara sms şəklində bildirişlərin göndərilməsi məqsədəmüvafiq hesab olunub.
Eyni zamanda, layihəyə cəlb ediləcək əlilliyi olan şəxslər üçün sosial-əmək reabilitasiyasının effektiv şəkildə həyata keçirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə layihəyə müvafiq sahədə ixtisaslaşmış mütəxəssislərin dəvət edilməsi ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.
Aynurə Kərimova,
Emtv.az.