SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakıda dayaqlı reklam lövhələri sökülür - SƏBƏB

3-07-2019, 12:45 | Oxunub: 14 196 |



Bizim məqsədimiz odur ki, şəhərimizi gözəlləşdirək, dayaqlı reklamların çox olması isə gözəllik deyil. Əvvəllər şəhərin bəzi yerlərində arda-arda, pərakəndə şəkildə dayaqlı reklam lövhələri qoyulmuşdu. Belə olanda reklamın dəyəri də aşağı düşür. Böyük şirkətlər elə yerlərdə reklamlarını vermirlər. Bu şirkətlər istəyirlər ki, onların reklamları yaxşı yerdə, reklam lövhəsi az olan ərazidə olsun.

Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında. Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov deyib.

Direktorun sözlərinə görə, Agentlik tərəfindən 2018-ci il ərzində min ədəd dayaqlı reklam lövhəsi sökülüb: "Dayaqlı reklamların sayı iki minə yaxın idi. Sökülən lövhələr yararsız idi, yəni texniki şərtlərə uyğun gəlmirdi, şəhərin gözəlliyini korlayırdı. İndi artıq yeni konstruksiyalar quraşdırmağa başlamışıq. Heydər Əliyev prospektindən "Azneft" dairəsinə qədər ölçüsü 8-10 kv. metr olan yeni dayaqlı reklam lövhələri quraşdırmışıq.

Köhnə lövhələr həm də təhlükəli və ölçüləri böyük idi. Şəhər mərkəzində ölçüsü 10 kv. metrdən çox olan reklam konstruksiyaları olmamalıdır. Köhnə lövhələrin ölçüsü isə 18 kv. metr idi. Belə ölçülü lövhələr küçələrə də uyğun gəlmir. Çünki küçə ensiz, reklam lövhəsi isə böyükdür. Bu cür reklam lövhələri adətən şəhərkənarı, magistral yollarda quraşdırılır. Hazırda 60 yeni dayaqlı reklam lövhəsi quraşdırmışıq. Bu ilin sonuna qədər yeni reklam lövhələrinin sayını 300-ə çatdırmaq niyyətindəyik. Yəni mərhələ-məhrələ min ədəd sökülən reklam lövhələri yeniləri ilə əvəz olunacaq".

A.İbadov bildirib ki, reklam lövhələri şəhərin görünüşünü dəyişir: "Ona görə də biz elə reklam lövhələri vurmalıyıq ki, şəhərin mənzərəsinə uyğun gəlsin. Bu qədər işlər görülür, şəhər abadlaşdırılır, gözəlləşdirilir, ancaq uyğun olmayan reklam lövhələri şəhərin görünüşünə xələl gətirir. Şəhərin gözləlliyinin 50 faizi reklam lövhələridir. Ona görə də biz çalışırıq ki, reklamlar da şəhərin görünüşünə uyğun gəlsin.

2018-ci ildə standartlara cavab verməyən ümumilikdə 5022 reklam lövhəsi sökülüb, 2019-cu il ərzində isə 2130 reklam lövhəsi sökülüb. Biz reklamları müasir formaya salmaq istəyirik. Məsələn, Londonda bir küçədə 2 ədəd işıqlı reklam lövhəsi olur. Ancaq bizdə bir küçədə çox sayda reklam lövhəsi quraşdırmaq istəyirlər. Bu eyni zamanda reklamın dəyərini aşağı salır. Biz isə çalışırıq bazarı tənzimləyək, həm reklamın dəyəri, həm də nizam-intizam olsun".

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR