SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bu gün Babəkin doğum günüdür

1-07-2019, 21:18 | Oxunub: 10 605 |

Bu gün Babəkin doğum günüdür

Bu gün - 1 iyul xalq qəhrəmanı Babəkin doğum günüdür.

Emtv.az xəbər verir ki, əslində bu tarix şərti təyin olunmuş bir ad günüdür.

Hətta onun doğulduğu il belə dəqiq bilinmir.

Babəkin doğum tarixi təxminən 795-800-cü illər arası götürülür.

Babəkin uşaqlıq və gənclik illəri haqda çox yazılıb. Onun həyatı barədə roman da var. Hətta haqqında bədii film də çəkilib.

Onun 816-cı ildən 838-ci ilədək 22 il ərzində ərəblərə qarşı mübarizəsi də hər kəsə bəllidir. Ərəblər üzərində dəfələrlə qələbə qazanan Babək, sonda – 837-ci ildə Səhl İbn Sumbatın satqınlığı nəticəsində əsir alınıb Samirə şəhərinə gətirilir.

Xəlifə Mötəsim onu 838-ci il martın 14-də edam etdirir. Babək bu işgəncələri mərdliklə qarşılayır.

Babəkin başını əhalini qorxutmaq üçün Xorasana göndərirlər. Bədənini isə Samirə şəhərində hamının gördüyü yerdə çarmıxa çəkirlər. Onun hazırda məzarı yoxdur.

Bütün bunlara baxmayaraq Babək Azərbaycan tarixində böyük iz qoymuş şəxsiyyət hesab edilir. Ən azı ona görə ki, o, AZADLIQ üçün hər şeyini, hətta doğma oğlunu belə qurban vermişdi.

Cənubi Azərbaycanda yerləşən Bəzz qalasına onun doğum günü ərəfəsində sadə insanların yürüşü keçirilir. İranın ali dövlət nümayəndələri isə buna mane olmağa çalışırlar.

Aysun Əliyev,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR