SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“NƏHAYƏT, XƏZƏR XALQIN ÜZÜNƏ AÇILMALIDIR…” – “Dəniz bir-iki nəfər, beş-altı ailə üçün deyil!”

1-07-2019, 19:45 | Oxunub: 20 776 |

“NƏHAYƏT, XƏZƏR XALQIN ÜZÜNƏ AÇILMALIDIR…” – “Dəniz bir-iki nəfər, beş-altı ailə üçün deyil!”

Emtv.az xəbər verir ki, deputat Fəzail Ağamalı verdiyi müsahibəni olduğu kimi izləyicilərimizə təqdim edirik.

- Fəzail bəy, Milli Məclisin son iclasında Xəzərin sahil zolaqlarında yaranan durumla bağlı çıxışınız maraqla qarşılandı. Bu problemə indi toxunmağınız nəylə bağlıdır?

– Bu, əslində birinci hal deyil. Əgər xatırlayırsınızsa, biz bundan əvvəl də Milli Məclisdə problemin aktuallığını önə çəkmişdik. Zeynəb Xanlarova məsələni qaldırdı və biz də onu müdafiə etdik. Sonrakı dövrlərdə mən və digər millət vəkilləri Xəzərin hasarlardan xilas edilməsi və dənizin xalqın ixtiyarına verilməsinə dair təkliflər irəli sürmüşük. Hesab edirəm ki, bu problem indi də aktualdır. Xüsusilə, nəzərə alsaq ki, keçmiş həmkarımız Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər təyin edildikdən sonra bu nazirlikdə işlər daha yüksək səviyyədə qurulmağa başlayıb, bütövlükdə ölkənin ekoloji durumu və xüsusi olaraq Xəzər dənizi ilə bağlı ekoloji təmizliyə ciddi diqqət yetirilir. Sadəcə olaraq biz nazirliyə həm qanunvericilik səviyyəsində, həm də ictimai rəydə dəstək olmalıyıq. Elə etməliyik ki, Xəzərin sahilləri təmiz, gözəl və yüksək səviyyədə istirahət üçün açıq olan bir məkana çevrilsin. Xalqımız da bundan istifadə etsin.

İkincisi, bildiyiniz kimi bu cür sərvəti olan ölkələr belə imkanlardan turizm məqsədilə yüksək səviyyədə istifadə edirlər. Məsələn, qonşu Gürcüstanın, qardaş Türkiyənin timsalında bunu görə bilərik. Onlar dəniz sahillərində böyük otel kompleksləri, istirahət mərkəzləri yaradıblar. İnsanlar da sərbəst formada gəlib dənizdən istifadə edirlər, oteldə qalıb pulunu verirlər, xidmətdən istifadə edib pul ödəyirlər. Əslində sahibkar da bundan qazanmalıdır və qazanır da. Turistlərin gəlişi ilə beləcə geniş imkanlar yaranır və Xəzər dənizi böyük turizm məkanına çevrilir. Hesab edirəm ki, bu amil son dərəcə əhəmiyyətlidir. Mən, bu amili də nəzərə alaraq problemi qaldırdım və ictimai rəydən müsbət reaksiya hiss olundu. Mənə elə gəlir ki, bu məsələ ətrafında bundan sonra da ciddi müzakirələr keçirilməli və müvafiq qurumlar bizim qaldırdığımız məsələyə diqqətlə yanaşmalı, Xəzər turizm bazasına çevrilməli, nəhayət, Xəzər Azərbaycan xalqının üzünə açılmalıdır. Xəzər bir-iki nəfər, beş-altı ailə üçün deyil!

- İctimaiyyət arasında, sosial şəbəkələrdə aparılan müzakirələrdə belə təsəvvür var ki, əslində Xəzər sahilinin hasarlanmasına dövlətin özü şərait yaradıb. Yəni o baxımdan ki, dövlət qurumlarının icazəsi olmasa heç kim Xəzər sahilinə hasar çəkə bilməzdi. Siz ittiham edərkən bu amili də nəzərə alırsınızmı?

– Dövlətin bu məsələyə heç bir aidiyyəti yoxdur. Mən araşdırmalarım və müşahidələrimə əsasən məsuliyyətlə deyirəm ki, bu hasarlanma prosesində dövlətin zərrə qədər yeri və fəaliyyəti yoxdur. Əksinə, ulu öndər Heydər Əliyevin, sonradan cənab Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Xəzər dənizinin sahilboyu zonası müəyyən edilib və biz qanun qəbul etmişik. Ancaq bir sıra hallarda bu qanuna əməl olunmamasına təəssüf edirəm. Çox yaxşı haldır ki, artıq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tapşırığı ilə cümə günü qanunsuz olaraq hasarlanan, böyük şlaqbaumlar qoyulan yerlər ləğv edilir, çimərliklər xalqın ixtiyarına verilib. Siz, zəhmət olmasa Nardarandan Pirşağıya qədər uzanan sahilboyu ərazilərə baxın və görün dənizin sahillərində nələr var. Hamı hasarlayıb, taxtadan, qamışdan bəsit formada balaca damlar qurublar. Xəzərin imkanlarından belə bəsit formada istifadə edilməsinə adamın heyifi gəlir. Fikrimcə, bunların hamısı aradan qaldırılmalıdır. Dövlətin Xəzər dənizinin hasarlanması ilə bağlı hər hansı bir addımı yoxdur və bu haqda deyilənlər də böhtandır.

“NƏHAYƏT, XƏZƏR XALQIN ÜZÜNƏ AÇILMALIDIR…” – “Dəniz bir-iki nəfər, beş-altı ailə üçün deyil!”

- Ancaq Xəzərin elə yerləri var ki, 4-5 metr hündürlüyündə hasar çəkilib, böyük villalar tikilib və bu villaların birbaşa dənizə çıxışları var…

– Mən bilmirəm, ola bilsin ki, müəyyən adamlar bunu edib. Hər halda araşdırmaq lazımdır. Mümkündür ki, kimsə icarəyə götürüb, özəlləşdirib və ya ayrı-ayrı şəxslər hasar çəkib kimlərəsə satıblar. Mən bunları dəqiqliklə bilmirəm. Lakin fakt var ki, qanunsuz olaraq belə hərəkətlər edilib və bu aradan qaldırılmalıdır.

- Qanun niyə bu məsələdə işləmir?

– Mən məsələni qaldıranda vitse-spiker Valeh Ələsgərov da bildirdi ki, Milli Məclis qanun qəbul edib, müvafiq strukturlar hərəkətə keçməlidir. Onun da dediyində həqiqət var. Qanun qəbul edilib. Bununla bağlı müvafiq qurumlar var və səlahiyyəti olan strukturlar addımlar atmalıdır. Məncə, tenderlər keçirilə, həmin yerlər hərraca çıxarıla bilər. Kim hərracda udarsa ərazini götürüb abadlaşdırır, ən müasir otellər tikir, çimərliklər yaradır. Beləcə təmizlik, gözəllik olur. Həm insanlar gedib orada istirahət edir, həm də geniş şəkildə turistlər cəlb olunur.

- Bəlkə Xəzərin sahillərini zəbt edənlər böyük imkanlara malikdirlər, oliqarxdırlar və ya məmurdurlar ki, onlara batmaq mümkün olmur?…

– Hansı səviyyədə və hansı imkanlara malik olmasından asılı olmayaraq, qanunun aliliyi qarşısında hər kəs acizdir. Bu birmənalıdır. Hər kəs qanun qarşısında bərabər məsuliyyət daşıyır. Mənə elə gəlir ki, bu qanunun icrasına ciddi şəkildə başlamaq lazımdır.

- Zeynəb Xanlarovanın Xəzərin hasarlanmasına qarşı çıxdığını və bu barədə problemi parlamentdə qaldırdığını xatırlatdınız. Ancaq həmin iclasda həmkarınız Hacı Qalib Zeynəb xanıma irad tutdu ki, bu sizə aidiyyəti olan məsələ deyil…

– Hacı Qalibin o yanaşması, məncə, yersiz idi. Əslində Zeynəb xanım ümumxalq mənafeyi baxımından məsələni qaldırdı və millət vəkillərinin mütləq əksəriyyəti də onu müdafiə etdi.

- Xəzərlə bağlı məsələnin bir neçə dəfə qalxması və həllini tapmaması belə fikir yaradır ki, deputatların təşəbbüs və təklifləri qulaqardına vurulur. Sizcə, niyə?

– Mənə elə gəlir ki, indi bu məsələ ictimailəşdi və aktuallaşdısa, artıq onun nəticələri olacaq. Gördüyünüz kimi ölkə prezidenti bütün istiqamətlərdə sərt mövqeyini ortaya qoyub, islahatlar getdikcə dərinləşir. Azərbaycanın qeyri-neft sektorunun inkişafı son dərəcə vacibdir. Ölkə prezidentinin siyasətində bu məsələ xüsusi yer tutur. Bu baxımdan turizm ölkəmizdə xeyli dərəcədə inkişaf etməlidir. Bildiyiniz kimi ildən-ilə turistlər ölkəmizə daha çox gəlir. Məncə, bu məsələnin aktuallaşması, cəmiyyətin qaldırılan problemə həssas yanaşması əvvəlki vəziyyətdən fərqli olaraq ciddi şəkildə diqqətə alınacaq. Baxın, məsələ qaldırıldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin atdığı addımlar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlər və daha sərt mövqe nümayiş olunması göstərir ki, müvafiq qurumlar işə başlayıb. Sahibkar və ya oliqarx oranı özəlləşdiribsə, icarəyə götürübsə, olsun. Ona təklif edilsin ki, orada otel tik, pulun yoxdursa kredit götür böyük komplekslər yarat. Həm özün qazanc götür, həm vergi ver, həm də iş yerləri yarat. Beləcə Xəzər dənizini mühasirədən və zəbt olunmadan xilas elə. Mən demirəm ki, kimsə torpaq alıbsa, bu onun əlindən alınsın. Yox, alınmaya bilər, amma yanaşma fərqli olmalıdır. Mən hər zaman məsələyə radikal yanaşmağın əleyhinə olmuşam. Sadəcə burada mümkün variantlar tapılmalıdır. Əgər oliqarxdırsa, yerin saxlanılması şərti ilə ona təklif edilməlidir ki, müasir otellər tiksin. Bacarmırsa, hərraca qoysun və imkanı olan adam bundan istifadə etsin. Beləcə indiki xoşagəlməz situasiyadan çıxa bilək.

Vaqif NƏSİBOV
AzPolitika.info

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR