18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Göyçayda eyni vaxtda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - AÇIQLAMA
Göyçay rayon İcra Hakimiyyəti 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, İcra Hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayev açıqlamasında bildirib ki, həmin ərizə nümunəsi və siyahıda qeyd olunan şəxslər adından yayılan informasiya həqiqəti əks etdirmir:
“Yayılan məlumatlar tamamilə yalandır. İcra Hakimiyyətinə heç bir ərizə daxil olmayıb. Ola bilməz ki, eyni vaxtda bu qədər adam, xüsusilə, əksəriyyəti inzibati ərazilərin nümayəndələri olan şəxslər səhhətində problem yaşasın.
Biz siyahıda adları qeyd edilənlərlə əlaqə saxlamışıq. Onların heç biri ərizə yazmadığını bildirib. Həmin ərizə nümunəsi və imza isə naməlum şəxs və ya şəxslər tərəfindən hazırlanıb, yəni saxtadır. Bu, rayonda görülən kompleks tədbirləri və inkişafı gözü götürməyən şəxslər tərəfindən hazırlanan təxribatdır”.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə və mediada Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, rayonda müxtəlif vəzifələri icra edən 50-yə yaxın şəxs icra başçısına ərizə ilə müraciət edərək, səhhətlərindəki problem səbəbindən işdən azad edilmələrini xahiş edib.
Siyahıda adı keçən şəxslər müxtəlif kəndlərin icra nümayəndəsi, müavin və mühasiblərdir.
Aysu Əliyeva
Emtv.az