17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Yoldaşım toya getməyimə icazə vermir” - 5 uşaq anası Bəyimxanım Vəliyeva
Emtv.az xəbər verir ki, yerli TV proqramlarından birində qonaq olan əməkdar artist, xanəndə Bəyimxanım Vəliyeva ailə qurarkən həyat yoldaşının hansı cəhətlərinə önəm verdiyindən bəhs edib:
"Evlənərkən həyat yoldaşımın ən əsası, insanlığına, məni başa düşməyinə önəm verdim. Belə bir deyim var, adam kimi adam idi. Ailə quranda hakim bizdən soruşur ki, acısı ilə, şirini ilə hər şeyə şərik olmağa razısınızmı? Biz də deyirik, bəli. Amma gedişatda narazılıqlar olur. Yoldaşım qazana bilmir, filan deyilir. Başa düşmürlər ki, bu insandır. Axı o da istəyər ki, ailəsini yaxşı saxlasın. Ümumiyyətlə gənc yaşlarımdan çox var-dövlətdən qorxmuşam. Birdən çox imkanlıya gedərəm, sonra rahat yata bilmərəm. İstəmişəm ki, orta gəlirim olsun. Əsas ailəmin, övladlarımın canı sağlam olsun".
Söhbət zamanı Bəyimxanım Vəliyeva həyat yoldaşının ona qoyduğu qadağalardan da danışıb:
"Qadınlar həyat yoldaşının dilini tutmağı bacarmalıdır. Addımı atanda bilirsən ki, onun bu hərəkətdən xoşu gəlir, ya yox. Xoşa gəlməyən hərəkətlə uçuruma getdiyini bilirsən, demək ki, bilərəkdən edirsən. Ailənin təməlli olmağını istəyirsənsə, bəlli şeylərə sərhəd qoymalısan. Evlənməzdən öncə el şənliklərinə gedirdim. Evlənəndən sonra yoldaşım toya getməyimi istəmədi, mən də getmirəm. Əlbəttə, bu, maddi olaraq yaxşı idi, indi də olsaydı ailəyə dəstək olardım".
Aysu Əliyeva,
Emtv.az