SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BŞİH çimərliklərdə reyd keçirib – Nöqsanlar aşkarlanıb

28-06-2019, 18:14 | Oxunub: 10 818 |

BŞİH çimərliklərdə reyd keçirib – Nöqsanlar aşkarlanıb

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Türkan, Hövsan, Zirə və Mərdəkan çimərliklərində reyd keçirib.

Emtv.az xəbər verir ki, reyd zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Reyd müddətində bəzi sahibkarlar ödənişin yalnız stol-stul və çətirlərdən istifadə üçün alındığını bildirib:

“Biz burada müəyyən şərait yaratmışıq ki, sakinlər rahat istirahət etsin.

Dəniz suyundan istifadə üçün pul almaqdan söhbət belə gedə bilməz. Hər gün müəyyən sayda müştərilər var ki, yalnız çimmək üçün gəlir. Biz onlardan pul almırıq.

Kimdənsə sadəcə dənizdən istifadə üçün pul tələb edilərsə, müraciət edib şikayət etsinlər”.

BŞİH Ticarət və Xidmət departamentinin baş məsləhətçisi Bayram Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb: ”Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır.

BŞİH-in 183 saylı sərəncamına əsasən, çimərliklərdən istifadə üçün hər hansı ödəniş tələb etmək qadağandır.

Həmçinin, ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür.

Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Artıq 10 gündür monitorinqlər aparılır. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb.

Yaxın günlərdə təkrar baxış keçiriləcək. Aşkar edilən bir sıra nöqsanlar aradan qaldırılıb. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək”.

Aynurə Kərimova,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR