18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanla Rusiya arasında müdafiə sənayesi sahəsində razılıq əldə edilib - FOTO
İyunun 25-də Moskvada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "Patriot-Ekspo" Konqres-Sərgi Mərkəzində "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumun açılışı olub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən yerli mətbuata verilən məlumata görə, tədbiri Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Borisov açıb. Y.Borisov foruma qatılan nümayəndə heyətlərini salamlayıb və altı gün davam edəcək sərgidə hər bir iştirakçı dövlətə uğurlar arzulayıb. Açılışda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur. Milli paviliyonda nazirlik əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Nümayiş etdirilən məmulatlar arasında xaricdə keçirilən beynəlxalq sərgiyə ilk dəfə çıxarılan məhsullar da var.
Sərginin ilk günü Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosov və "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.
Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosovla görüşü olub.
Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, nazir müavini "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyevlə də görüşüb.
Görüşdə birgə əməkdaşlıq layihələri haqqında geniş müzakirələr aparılıb, çərçivə sazişinin hazırlanaraq yaxın zamanlarda imzalanmasına dair razılıq əldə edilib.
"ARMY-2019" sərgisi işini iyunun 30-dək davam etdirəcək.
Ümid Abdullayev
Emtv.az