17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Artur Rasizadə də son təyinatları şərh etdi – “Bu təyinatlar sıradan deyil…”
Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar”.
Emtv.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.
Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar: “Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov təhlükəsizlik sahəsində çox işlər görüblər. Hesab edirəm ki, bu təyinatlar düzgün atılan addımların nəticəsidir. Xaraktercə elə insanam ki, nəyi düşünürəmsə, onu da deyirəm. Təbii, təyinatlarla bağlı hər kəsin öz fikri var. Razı, ya da narazı fikirlər səsləndirənlər də ola bilər. Ancaq konkret olaraq bu təyinatlar sıradan deyil. Çünki müxtəlif qurumlara təyin olunan bu şəxslər çoxdandır ki, öz sahələrində peşəkar kimi tanınırlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən atılan bu addımlar sabitliyin davamıdır”.
Ümid Abdullayev,
Emtv.az