18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ
Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb.
Emtv.az xəbər verir ki hadisə Mingəçevir Su Anbarında yerləşən və “Üçüncü buxta” adlanan çimərlikdə baş verib.
Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə istirahət edən bir qrup şəxs arasında mübahisə və münaqişə yaşanıb.
Hadisə ailənin azyaşlı körpələrinin gözləri önündə baş verib. A.Məmişova övladları ilə birgə ərazidə heyvanları otararkən naməlum şəxslər tərəfindən nalayiq ifadələrlə təhqir olunub. Hadisədən xəbər tutan əri N.Məmişov da ora gəlib və bundan sonra tərəflər arasında mübahisə və münaqişə yaşanıb.
Nəticədə ailə başçısı N.Məmişov kürək və qabırğa nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya aparılaraq müayinə olunub və lazımi tibbi yardım alıb. O da məlum olub ki, zərərçəkənə münaqişə zamanı daşla da zərbə endirilib.
Baş vermiş hadisə ilə bağlı ailə polis orqanına müraciət edib. Faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az