17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azay Quliyev: "QHT-lər şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır"
Bəzi qeyri-hökumət təşkilatları şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır.
Emtv.az xəbər verir ki bunu Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev həmin insanlara şər-bohtan atmaq əvəzinə layihə yazmağı öyrənməyi tövsiyə edib:
"Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz. Bizi şantaj etmək əvəzinə, haqqımızda yalan, böhtan xarakterli yazılar yazdırmaq əvəzinə, getsinlər layihə tərtib etməyi öyrənsinlər.
Əgər həmin insanlar layihə yaza bilmirlərsə, gəlsinlər onlara layihənin necə hazırlanması ilə bağlı təlimlər keçək".
A.Quliyev qeyd edib ki, şura ölkədə aparılan şəffaflığa, elektron hökumət quruculuğuna öz töhfəsini verməyə borcludur və bu istiqamətdə iş aparır:
"Şura hər bir işi şəffaf şəkildə həyata keçirir.
Şuranın həyata keçirdiyi SƏLİS elektron vətəndaş proqramı vasitəsilə hər bir iş açıq-aşkar yerinə yetirilir, hər şey göz qabağındadır, aşkardır. Bəziləri bu aşkarlığa kölgə salmağa çalışır".
Aysu Əliyeva
Emtv.az