16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
20:32 - Regionlarda “Azərbaycan Sosial Dovlətə Doğru” Layihəsinin İctimai Müzakirəsi Davam Edi-Fotolar
20:12 - Vətəndaşların Sosial İmkanları Müzakirəyə Çıxarıldı - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb
İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri "Minsk 2019" II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar
Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub.
Atletlər Kəndinin meri, Belarus Təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb.
İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın "Minsk 2019"da uğur qazanacaqlarına ümid etdiyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Mərhəmət Lələyev
Emtv.az